“18 manat uzatdı, narkotik vasitə təşkil etməyimi xahiş etdi” — Qanlı cinayətin TƏFƏRRÜATI

“18 manat uzatdı, narkotik vasitə təşkil etməyimi xahiş etdi” — Qanlı cinayətin TƏFƏRRÜATI

Hazırda oxunan: “18 manat uzatdı, narkotik vasitə təşkil etməyimi xahiş etdi” — Qanlı cinayətin TƏFƏRRÜATI

203768

Bakının Nizami rayonunda 1994-cü il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Ziyaya xəsarət yetirib. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Sərxan 4 noyabr 2022-ci ildə Ziya onu işə düzəlməsinə köməklik məqsədilə ona atası Maarifdən 15 manat pul verməyi bildirməsini bəhanə edib, heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə ov bıçağı ilə onun bel nahiyəsindən bir dəfə vurub.

Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan  edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Ziya ilə eyni məhəllədə yaşayıb və hadisəyə kimi münasibətləri yaxşı olub:

“Noyabrın 4-də, axşam saat 19 radələrində Ziya mənə zəng edərək görüşmək istədiyini dedi. Biz kafedə görüşdük. Ziyanın həmin vaxt narkotik vasitənin təsiri altında olduğunu hiss etdim. Ziya mənə 18 manat pul uzatdı, narkotik vasitə təşkil etməyimi xahiş etdi. Ziyaya narkotik vasitə satan tanışımın olmadığını dedim. Mənim cavabım Ziyanı qane etmədi ş və yenidən təkidlə məndən narkotik vasitə tapmamı xahiş etdi. Ziyaya bir də narkotik satanlarla əlaqəmin olmadığını dedim, ondan pul götürmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Ziya onu nalayiq söyüşlərlə söyməyə başlayıb:

“Buna görə aramızda mübahisə yarandı. Bu zaman Ziya qarın nahiyəmdən təpiklə, mən də Ziyanı sifət nahiyəsindən yumruqla vurdum. Bu zaman Ziya məni qorxutmaq məqsədilə ilə bel nahiyəsindən bıçaq çıxartmaq istərkən, özü də istəmədən həmin bıçaqla özünə xəsarət yetirdi.. Dərhal Ziyaya yaxınlaşıb əlindəki bıçağı ondan aldım. Onu sakitləşdirmək məqsədi ilə əlimi onun sol böyrünə atanda əlimin qana bulaşdığını gördüm.

Bundan sonra Ziya ilə birlikdə kafenin yaxınlığındakı aptekə yaxınlaşırkən atam Maarifin bizə tərəf gəldiyini gördüm. Aptekdən bint və revanol dərmanı alaraq yaxınlıqdakı parka getdim. Orada  Ziyanın yarasını yuyub bintlə sarıdım”. 

Sərxan qeyd edib ki, daha sonra birlikdə Ziyanın yaşadığı binaya tərəf gediblər:

“Mən binanın qarşısında aşağıda gözlədim. Atam Maarif isə Ziyanı yaşadığı mənzilə ötürdü. Hadisənin səhəri günü Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən küçədə saxlanıldım  və şöbədə Ziyanın əlindən aldığım bıçağı polis əməkdaşına təqdim etdim. Hadisə vaxtı ətrafda kənar şəxslər olmayıb”.

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ziyanın sözlərinə görə, Sərxanı hadisədən bir neçə ay əvvəl tanıyıb:

“Aramızda ədavət və düşmənçiliyimiz olmayıb. Sərxanın atası Maarif isə daha əvvəldən tanıyıram. Maarif mənə avtomobil dayanacağında işlədiyini, gündəlik 50 manata yaxın pul qazandığını dedi, məni yanında işə düzəldəcəyinə söz verdi. Noyabrın 4-də, saat 19 radələrində Maariflə metronun Neftçilər stansiyasının yaxınlığında rastlaşdıq. Söhbət əsnasında Maarif məndən pul istədi. Sonuncuya 15 manat pul verdim. Sonra birlikdə R.Rüstəmov küçəsi 139 saylı binaya tərəf getməyə başladıq. Maarif yolda gedərkən müxtəlif şəxslərə zəng edərək pul axtardım. Qeyd edilən yerə çatdıqda Sərxan yanıma gəldi. Sərxan məndən 1 manat pul aldı, yaxınlıqdakı marketə gedib, nəsə alıb geri qayıtdı”. 

Ziya qeyd edib ki, daha sonra Sərxan ondan yenidən 17 manat pul alıb:

“Daha sonra Sarxan bıçaq çıxardıb onu kürəyimdən vurdu. Mənim kürəyim qanamağa başladı. Sərxan isə həmin vaxt özünü qeyri-adi aparmaqla, qəribə sözlər danışdı. Onun nə səbəbə belə davrandığının başa düşmədim. Az sonra Sərxan mənə yaramı ı tikməyi təklif etdi. Mən isə qanın içəri axacağını bildirib razılaşmadım. Bir müddət sonra məhəllədə Sərxanın atası Maarif ilə oturdum, Sərxan isə getdi. Ayağa qalxdıqdan sonra qanaxmam davam etdi. Evə qalxdım, bacım yaralandığımı görüb ürəyi getdi. Bundan sonra təcili tibbi yardım çağırıb xəstəxanaya getdim”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə zamanı narkotik vasitənin təsiri altında olmayıb və üzərində bıçaq olmayıb. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO