Göygöldə oğul anasını BIÇAQLADI

Göygöldə oğul anasını BIÇAQLADI

Hazırda oxunan: Göygöldə oğul anasını BIÇAQLADI

203746

Göygöl rayonunda anasına bıçaqla nüxtəlif dərəcəli bədən xəsarətləti yetirən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə Göygöl şəhər parkında baş verib. 1989-cu il təvəllüldü S. Nəsibova bədənin kəsilmiş-deşilmiş yaraları ilə rayon xəstəxanasına  yerləşdirilib. O, dərhal əməliyyat  olunub,  vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO