Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb. İyulun 25-nə olan məlumata görə, aviaşirkət 2024-cü ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.
Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:09 / 26.07.2024
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı
Hazırda oxunan: AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı
Hazırda oxunan: AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı
203722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.