120 nömrəli avtobus niyə dayanacaqlarda SAXLAMIR? – RƏSMİ AÇIQLAMA

120 nömrəli avtobus niyə dayanacaqlarda SAXLAMIR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: 120 nömrəli avtobus niyə dayanacaqlarda SAXLAMIR? – RƏSMİ AÇIQLAMA

203718

Hövsan qəsəbəsini “28 May” və “Əhmədli” metrostansiyası ilə əlaqələndirən və iyul ayının 1-dən xəttə çıxan 120 nömrəli marşrut avtobusunun fəaliyyəti sakinləri qane etmir.

Redaksiyamıza müraciət edən qəsəbə sakinləri bildirirlər ki, onlar dəqiqələrlə dayanacaqda avtobus gözləsələr də, sürücülər buna məhəl qoymur, avtobusu saxlamırlar. Onların sözlərinə görə, sürücülər avtobusdan yalnız enən olduğu halda dayanacaqda dayanırlar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, avtobusların təyin olunmuş dayanacaq məntəqələrində dayanmadan fəaliyyət göstərməsi araşdırılıb:

“120 nömrəli marşrutda 18 avtobus 10-12 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Avtobusların təyin olunmuş dayanacaq məntəqələrində dayanmadan fəaliyyət göstərməsi ilə bağlı Nəqliyyat İdarəetmə Sistemi proqramı vasitəsilə araşdırma aparılıb. Avtobusların dayanacaq məntəqələrində dayanmaqla fəaliyyət göstərdikləri müəyyən edilib”.

Məlumatda qeyd edilib ki, marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi istismarçının diqqətinə çatdırılıb:

“Buna baxmayaraq, tərəfimizdən sürücülərin nəqliyyat vasitələrini təyin edilmiş dayanacaq məntəqələrində saxlamalarına, marşrut üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlb edilməsi, marşrutun nizamlı fəaliyyətinin təmin olunması tərəfimizdən bir daha marşrutun müvəqqəti istismarçısının diqqətinə çatdırılıb”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO