Azərbaycanda “sakit şəhər” layihəsi reallaşdırıla BİLƏRMİ?

Azərbaycanda “sakit şəhər” layihəsi reallaşdırıla BİLƏRMİ?

Hazırda oxunan: Azərbaycanda “sakit şəhər” layihəsi reallaşdırıla BİLƏRMİ?

203708

27 iyul bütün dünyada “sakit şəhər” günü kimi qeyd edilir. 1999-cu ilin bu günündə İtaliyada 32 şəhər və qəsəbə müasir həyatın çətinliklərinə qarşı "sakit şəhər" layihəsinə start verilib. O zaman 30 ölkədə 260-dan çox "sakit şəhər" müəyyən olunub. 

“Sakit şəhər” nədir?

“Sakit şəhər” ifadəsi yəni “Cittaslow” anlayışı İtaliyada yaradılan beynəlxalq hərəkatdır.

Hərəkatın məqsədi həyatın ritmini yavaşlatmaqla şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Beləliklə, “Cittaslow” fəlsəfəsi zövq alınacaq tempdə yaşamağı özündə ehtiva edir. İnsanların bir-biri ilə ünsiyyət qura bildiyi, sosiallaşdığı, ətraf-mühiti, adət-ənənələrini qoruduğu, eyni zamanda infrastruktur probleminin olmadığı, bərpa olunan enerji mənbələrindən istifadə olunduğu, texnologiyanın vəd etdiyi komfortdan faydalanan bölgə anlayışını ifadə edir. 

Nəzərə alaq ki, Türkiyə tarixi, təbii gözəllikləri və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş sərvətləri ilə dünyanın özünəməxsus coğrafiyaya sahib ölkələrindəndir. Bu səbəbdən “sakit şəhər” anlayışı üçün də olduqca uyğundur. Türkiyədə “sakit şəhərlər”in sayı 21-dir. 

Azərbaycanda “sakit şəhər” yaradıla bilərmi?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycanda “sakit şəhər” öz-özlüyündən həyat keçən layihədir:

“Bir çox şəhərlərimizdəki insanlar bu və digər səbəbdən köçüb Bakıya gəlib. Həmin şəhərlər də sakit həyatını yaşayır. Əslində biz “qaynar şəhər” modelinə keçməliyik ki, bölgələrimizdə həyat yenidən canlansın. İndiki şəraitdə Bakını necə “sakit şəhər” etmək olar?! Bunun üçün Bakıya iş üçün axın edən insanların geriyə qayıdışını təmin etmək lazımdır. 

Biz rayonlarda infrastrukturu elə qurmağa çalışmalıyıq ki, ora “qaynayan şəhər”ə çevrilsin. Biz onsuz da “sakit şəhər”dən bezmişik. Böyük şəhərlərə demoqrafik axın kiçik şəhərlərdə ciddi vəziyyət yaratmaqdadır, ailə institutuna zərbə vurmaqdadır. Ona görə də mən “qaynar şəhər” modelinin tərəfdarıyam. Regionlardakı şəhərlərin qaynar iş mühitinə qayıtmasına çalışmalıyıq.
Bunu etməsək, regionlarla mərkəz arasında balansın fəlakətli şəkildə pozulmasının şahidi olacağıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO