Oropuş qızdırmasının dünyada ilk qurbanı iki braziliyalı qadın olub. Bu barədə Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, ölən 30 yaşdan kiçik qadınlarda denge qızdırmasının şiddətli formasına bənzəyən əlamətlər və simptomlar olub.
Bəs bu xəstəliyin ölkəmiz üçün təhlükə arealı necə olacaq?
MÖVZU İLƏ BAĞLI:
Ağcaqanad dərmanlarının insan orqanizminə ziyanı - VİDEO
Tibbi ekspert Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, oropuş qızdırması hipertoniya yaradan viruslar tərəfindən törədilir:
“Oropuş xəstəliyinin əsas keçiriciləri xüsusi ağcaqanadlardır. Onlar vasitəsilə xəstəlik yayılır. Buna görə də xəstəliyin pandemiya formasında bütün dünyaya yayılma riski real görünmür. Azərbaycan üçün xüsusi təhlükə olacağını zənn etmirəm. Xəstəlik 3 və 4-cü gündən etibarən yüngül keçir. Ancaq hər hansı bir epidemik ocaq müşahidə edildikdə, ÜST bu xəstəliklə bağlı bəyanat yaydıqda istənilən halda transsərhəd zonalarına nəzarəti gücləndirməliyik. Bundan əlavə, diqqətli və sayıq olmalıyıq”.
Məhərrəm Əliyev, Bizim.Media