Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?

Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?

Hazırda oxunan: Ağciyər İnstitutundan ÖLÜM TƏHLÜKƏSİ – Qəzalı labaratoriyada nə iş görülür?

20369

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində yerləşən Milli Referens Labaratoriyası qəzalı vəziyyətdədir. Sözügedən labaratoriya bir neçə il əvvəl tikilsə də, hər an çökmə və uçma təhlükəsi ilə üz-üzə qalıb.

Bizim.Media-ya daxil olan məlumata görə Fövqalədə Hallar Nazirliyinin İşçi Qrupu Referens Labaratoriyasının qəzalı vəziyyətdə olduğu barədə rəy versə də, sözügedən labaratoriya hələ də bu durumda çalışır. Bu isə işçilərin sağlamlığı üçün təhlükədir. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Azər Sarıyev Bizim.Media-ya açıqlamasında deyib ki, qurumun rəyi açıqlamaq səlahiyyəti yoxdur:

“Labaratoriya hansı qurumun balansındadırsa, o Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyi Nəzarəti Agentliyinə qəzalı vəziyyətlə bağlı müraciət edir. Onlar gedib rəy verirlər. Bu rəyi açıqlamaq səlahiyyəti yalnız və yalnız balanssaxlayıcıya aiddir. Bildiyimiz məlumat olanda özümüz monitorinq keçiririk. Dəvətlə gediləndə isə rəyi balanssaxlayıcı açıqlamalıdır.Yəni bu barədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun balanssaxlayıcısı məlumat verməlidir“.

Qeyd olunan məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sözçüsü Elnarə Baxış onlara rəsmi sorğu göndərməli olduğumuzu bildirib. 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova isə Milli Referans Labaratoriyasının fəaliyyətinin məhdudlaşdırıldığını bildirib:

“Labaratoriya çalışmır, bağlıdır. Fövqəladə Hallar Nazirliyinin rəyində yazılıb ki, labaratoriyanın fəaliyyətinə məhdudiyyət qoyulub. Ora yalnız məhdud sayda işçi daxil ola bilər. Rəydə aparatura və digər ləvazimatlarla bağlı “məhdudlaşdırılıb” yazılıb”.

Labaratoriya işçilərinin hələ də işə gəlmələri ilə bağlı iddiaya əsəbləşən Həqiqət Qədirova növbəti suallarımızı cavablandırmaq istəməyib:

“Sizin suallarınız varsa, TƏBİB-ə müraciət edin, icazə alın, sonra mən müsahibə verim”, deyə o, əlavə edib.

Qeyd edək ki, Milli İstinad - Referens Labaratoriyası 3 ildir yaranıb. 30 nəfər işçisi var. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO