Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Hazırda oxunan: Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

203680

İyulun 27-si səhərdən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir 20.8-28.4 m/san təşkil edəcək.

Bizim.Media xəbər verir ki,  bu barədə məlumat Milli Hidrometeorologiya Xidmətindən verilib.

Bildirilib ki, iyulun 27-si səhərdən 29-u gündüzədək bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Siyəzən, Naftalan, Göygöl, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Goranboy, Daşkəsən, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Hacıqabul, Biləsuvar, Cəlilabad, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Qax, Zaqatala, Şabran, Xızı, Şəki, Salyan və Neftçalada arabir 13.9-20.7 m/san təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO