Azərbaycanda 183 məzun məktəbi qızıl, 39-u isə gümüş nişanla bitirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.
Bildirilib ki, təltif olunan təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.
Siyahıya əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 36-sı qızıl, 14-ü gümüş nişana layiq görülüb.
Belə ki, paytaxt üzrə 5, 31, 42, 44, 60, 93, 104, 117 (2 nəfər), 182, 189-190 (2 nəfər), 212, 247 (2 nəfər), 269, 276, 281 (2 nəfər), 313 nömrəli tam orta məktəblərin, 287 nömrəli “Zəkalar” (3 nəfər), 72, 220, 246, 252 (2 nəfər) nömrəli məktəb-liseylərin, ”Ankara məktəbi” məktəb-liseyin, “Tərəqqi” texniki-humanitar liseyin (2 nəfər), Humanitar fənlər təmayüllü məktəb-liseyin (4 nəfər), Məktəb-Lisey Kompleksinin şagirdləri qızıl, 1, 36, 60, 100, 114, 244, 295, 314 nömrəli tam orta məktəblərin, 220 nömrəli məktəb-liseyin, ”Ankara məktəbi” məktəb-liseyin, Məktəb-Lisey Kompleksinin, Humanitar fənlər təmayüllü məktəb-liseyin (2 nəfər), Texniki-humanitar liseyin şagirdləri isə gümüş nişanla təltif edilib.
Qeyd edək ki, namizədlərə qızıl və gümüş nişan verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:05 / 26.07.2024
Azərbaycanda 183 məzun məktəbi qızıl medalla bitirdi
Hazırda oxunan: Azərbaycanda 183 məzun məktəbi qızıl medalla bitirdi
Hazırda oxunan: Azərbaycanda 183 məzun məktəbi qızıl medalla bitirdi
203679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.