Bakıda texniki su şəbəkəsi qurulacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda texniki su şəbəkəsi qurulacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda texniki su şəbəkəsi qurulacaq? – RƏSMİ AÇIQLAMA

203648

Dünya ölkələrində olduğu kimi ölkəmizdə də içməli su problemi var. Ona görə də şirin, içməli suya qənaət günümüzün aktual məsələsidir. Lakin bəzən içməli sudan təyinatı üzrə istifadə olunmur.

Belə ki, avtomobilyuma mərkəzlərində, həmçinin, yaşıllıqların suvarılmasında, xalçaların, binaların yuyulmasında içməli su işlədilərək israf olunur.

Buna da səbəb ölkədə texniki su şəbəkəsinin olmamasıdır. Sovet dönəmində adı çəkilən sahələrdə texniki sudan istifadə olunurdu. Yəni xidmət sahəsində istifadə olunan su birbaşa kanalizasiyalara axıdılmırdı, filtrdən keçirilib təyinatı üzrə məsrəf olunurdu.

Hazırda həmin şəbəkə olmadığı üçün ölkədə bütün sahələrdə içməli sudan istifadə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Su qıtlığının aradan qaldırılması üçün komitə sədrindən TƏKLİFLƏR 


Bəs Azərbaycanda texniki su şəbəkəsinin yaradılması üçün hansı addımlar atılır?

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (“Azərsu” ASC) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda paytaxt ərazisində texniki su şəbəkəsinin yaradılması iqtisadi baxımdan səmərəli deyil:

“Vaxtilə Bakı şəhərində bir neçə nöqtədə texniki su xətləri mövcud olub. Həmin xətlər sənaye müəssisələrini texniki su ilə təmin edib və texniki sudan müəssisələrdə əsasən soyutma məqsədləri üçün istifadə olunub. Ötən əsrin sonlarında həmin müəssisələrin bir qisminin fəaliyyətini dayandırması və ya məhdudlaşdırması səbəbindən texniki suya tələbat azaldı. 

Hazırda paytaxt ərazisində texniki su şəbəkəsinin yaradılması iqtisadi baxımdan səmərəli deyil. Çünki texniki sudan istifadə etmək istəyənlərin sayı, istifadə edəcəyi suyun həcmi və sərfiyyatın qarşılığında edilən ödənişlər qoyulan investisiya ilə müqayisədə çox cüzidir. Həmin investisiyanı suların təkrar istifadəsi layihələrinə yönəltmək daha məqsəduyğun hesab edilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO