Bakıdakı bağçalara növbəyə yazılma BAŞLADI  

Bakıdakı bağçalara növbəyə yazılma BAŞLADI  

Hazırda oxunan: Bakıdakı bağçalara növbəyə yazılma BAŞLADI  

203646

Bakıdakı məktəbəqədər təhsil müəssisəsinə (bağça) növbəyə yazılma prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, məktəbəqədər təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. 

Boş yerlərə qəbul isə il ərzində aparılır. 

Məlumat üçün bildirək ki, bağçalara onlayn qeydiyyat iyulun 16-dan www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə başlayıb. 

Qeyd edək ki, əvvəlki ildən fərqli olaraq bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem ferqi vaxtlarda aktiv olub.
Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO