Xırdalan və Masazırda qaz olmayacaq – XƏBƏRDARLIQ  

Xırdalan və Masazırda qaz olmayacaq – XƏBƏRDARLIQ  

Hazırda oxunan: Xırdalan və Masazırda qaz olmayacaq – XƏBƏRDARLIQ  

203640

Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

“Azəriqaz”dan Bizim.Media-ya verilən məlumata görə, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək.

Bu səbəbdən 26.07.2024-cü il saat 10:00-dan “Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi (Masazır QPS)", "Duz Zavodu(Masazır QPS)" və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. 
Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO