Ağdama səfər zamanı dünya miqyaslı 4 böyük səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyəti şəhidlər xiyabanını ziyarət ediblər.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar burada törədilmiş vandalizm əməlləri ilə tanış olduqdan sonra Ağdam Dövlət Dram Teatrının binasının qalıqlarına tamaşa ediblər.
Qonaqlara Ağdam şəhərinin işğaldan əvvəl çəkilmiş fotoları göstərilib.
Daha sobra səyyahlar Ağdam cümə məscidini ziyarət edib. Məlumat verilib ki, Ağdam şəhəri işğalda olduğu müddətdə ermənilər məsçiddə heyvan saxlayıb. Abidədə ciddi dağıntılar törədib. Lakin Vətən müharibəsindən sonra məsçid yenidən bərpa olunaraq istifadəyə verilib.
Qeyd edək ki, beynəlxalq səyyahların bu günə olan səfər planı başa çatıb. Onlar növbəti gün Laçın istiqamətinə hərəkət edəcəyi planlaşdırılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:16 / 25.07.2024
Beynəlxalq səyyahların bu günə olan səfər planı Ağdamda başa çatıb - FOTO
Hazırda oxunan: Beynəlxalq səyyahların bu günə olan səfər planı Ağdamda başa çatıb - FOTO
Hazırda oxunan: Beynəlxalq səyyahların bu günə olan səfər planı Ağdamda başa çatıb - FOTO
203580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.