Tovuzda həmkəndlisini döyərək öldürən şəxs həbs edildi

Tovuzda həmkəndlisini döyərək öldürən şəxs həbs edildi

Hazırda oxunan: Tovuzda həmkəndlisini döyərək öldürən şəxs həbs edildi

203537

Tovuz rayonunda həmkəndlisini döyərək öldürən Mübariz Yusifov həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyulun Mübariz Yusifovun iyunun 27-də rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Novruz Hacıyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır.

Mübariz Yusifov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO