Xəbər verdiyimiz kimi, 22 iyul saat 07 radələrində xalq artisti Ağadadaş Ağayev özəl klinikaların birinin gözətçisi Nurəddin Cəlilov arasında insident yaşanıb.
Bizim.Media xəbər verir ki, insident zamanı N.Cəlilov Xalq artistini döyüb.
MÖVZU İLƏ BAĞLI:
Ağadadaş Ağayev balta ilə adam VURDU: Vəziyyəti ağırdır
Bu gün A.Ağayevin vəkili Asim Abbasov xalq artistinin döyüləndən sonra ilk fotosunu yayıb. A.Ağayevin qulağı ilə bərabər, qolunun da sarğıda olduğu görünür.
Qeyd edək ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Bizim.Media