“Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib”.
Bizim.Media xəbər verir ki, bunu VI çağırış deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
V.Bayramovun sözlərinə görə, bu o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 mantdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir:
“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır.
Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:07 / 25.07.2024
Vətəndaşlar hər 100 manatdan 5-ni içki və tütünə XƏRCLƏYİR - FOTO
Hazırda oxunan: Vətəndaşlar hər 100 manatdan 5-ni içki və tütünə XƏRCLƏYİR - FOTO
Hazırda oxunan: Vətəndaşlar hər 100 manatdan 5-ni içki və tütünə XƏRCLƏYİR - FOTO
203510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.