Polad Bülbüloğlu: “Şuşalılar məni deputat seçsələr, çox sevinərəm”

Polad Bülbüloğlu: “Şuşalılar məni deputat seçsələr, çox sevinərəm”

Hazırda oxunan: Polad Bülbüloğlu: “Şuşalılar məni deputat seçsələr, çox sevinərəm”

203507

Parlament seçkilərinin keçirilməsi hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu  “novoye-vremya.com” saytına müsahibəsində "Azərbaycan növbədənkənar parlament seçkilərinin keçirilməsinə fəal hazırlaşır. Siz Qarabağın ürəyi olan Şuşa şəhərini parlamentdə təmsil etmək üçün deputatlığa namizədliyinizi irəli sürməyi planlaşdırırsınızmı?" sualına cavab olaraq bildirib. 

O, üç dəfə “Xarıbülbül” festivalında iştirak etdiyini xatırladıb: 

"Əsasını qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Təbii ki, Şuşanın bu gün doğma Azərbaycan torpağına qayıtması Ali Baş Komandanın xidmətidir. Biz hamımız canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimizə borcluyuq. Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir. 

Bütün bu 30 il ərzində mədəniyyətimizin beşiyi olan Şuşanı geri qaytaracağımızı xəyal edirdik və buna nail olduq. Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO