Gəncədə gecə saatlarında avtomobil yolda qazıntı işləri zamanı kənara yığılan torpağa girib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yağıntılı hava şəraiti zamanı şəhərin Üzeyir Hacıbəyli küçəsində VAZ 21015 markalı avtomobilin sürücüsü idarəetməni itirərək yola yığılmış torpaq topasına dəyib.
Qəza nəticəsində maşın zədələnsə də xoşbəxlikdən xəsarət alan olmayıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu