DYP sürücülərə MÜRACİƏT ETDİ

DYP sürücülərə MÜRACİƏT ETDİ

Hazırda oxunan: DYP sürücülərə MÜRACİƏT ETDİ

203451

Hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 24-dən 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

“Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək yolarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, kifayət qədər ara məsafəsi saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edir.
Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər", - müraciətdə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO