Bölgələrdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

Bölgələrdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

Hazırda oxunan: Bölgələrdə şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

203447

İyulun 24-ü saat 19:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəki, Qax (Sarıbaş), Qrız, Şahdağ, Tərtər, Qusar, Zaqatala, Xaltan, Bərdə, Zərdab, Yevlax, Goranboy, Quba, Şəmkir, Tovuz, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, saat 17:20 radələrində Tovuz rayonu Ağbulaq və İbrahimhacılı kəndlərinə diametri 8-10 mm, saat 16:59-17:01 radələrində isə Şəmkir rayonuna diametri 11 mm olan dolu düşüb.
Altıağac, Qrız və Şahdağda duman müşahidə olunub.

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO