Kürdəmirdə QƏZA: Ana və oğlu xəsarət aldılar - FOTO

Kürdəmirdə QƏZA: Ana və oğlu xəsarət aldılar - FOTO

Hazırda oxunan: Kürdəmirdə QƏZA: Ana və oğlu xəsarət aldılar - FOTO

203440

Kürdəmirdə baş verən qəzada ana və oğul xəsarət alıb.

Bizim.Media-nın Aran van bürosu xəbər verir ki, hadisə rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

”VAZ 2107” markalı avtomaşının sürücüsü Göygöl rayon sakini 2003-cü il təvəllüdlü Eşqin Zaur oğlu Əliyev Gəncə istiqamətində hərəkətdə olarkən əvvəlcə həmin yolda hərəkətdə olan “Chevrolet” markalı avtomaşına, daha sonra isə yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb.
Nəticədə VAZ-da olan sürücü və onun sərnişini - sürücünün anası Göygöl rayon sakini 43 yaşlı Həsənova Mətanət Camal qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO