Əcnəbilər ölkəmizdə hansı şərtlərlə çalışa bilərlər? – HÜQUQİ İZAH 

Əcnəbilər ölkəmizdə hansı şərtlərlə çalışa bilərlər? – HÜQUQİ İZAH 

Hazırda oxunan: Əcnəbilər ölkəmizdə hansı şərtlərlə çalışa bilərlər? – HÜQUQİ İZAH 

203433

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər.

Bəs Azərbaycan Respublikası vətəndaşlığı olmayan şəxslər ölkəmizdə hansı şərtlərlə işləyə bilər?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin vətəndaşlarla ailə qurması qadağan edildi


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki əcnəbilərə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən verilir:

“İş icazəsi xarici vətəndaşın konkret bir sahədə işləməsi üçün verilir və bir iş icazəsi ilə əcnəbi işçi yalnız bir müəssisədə işləyə bilər. İş icazəsi 1 il müddətinə verilir və həmin icazənin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. İnzibati Xətalat Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Məlumatın vaxtında verilməməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir.

Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir”.

Çiçək Sadatova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO