Xəstəliklər şüuraltı travmalardan YARANIR?

Xəstəliklər şüuraltı travmalardan YARANIR?

Hazırda oxunan: Xəstəliklər şüuraltı travmalardan YARANIR?

203401

Bəzi mütəxəssislər hesab edir ki, bütün xəstəliklərimiz təhtəlşüurla bağlıdır. Bunu onunla əlaqələndirirlər ki, yaşadığımız travmalar xəstəliyə çevrilir. Bir anlıq düşünün, qrip, xərçəng, vərəm və s. bütün xəstəliklər yaşadığımız hansısa travmadan yaranır. Maraqlı səslənir, eləmi?

Bəs görəsən, bu fikir nə dərəcə realdır?

Klinik psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, məsələyə belə yanaşıb:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


“Ümumiyyətlə, şüuraltının elmi sübutu yoxdur. Təbii ki, bəzi psixoloqlar buna qarşı çıxa bilərlər. Xüsusilə ənənəvi terapiyalar dediyimiz, psixoanaliz və psixodinamik yanaşmanın tərəfdarlarını qeyd edə bilərik. Amma əslində, onlar da sadəcə şüuraltının var olduğuna inanıblar. Şüuraltının varlığı və yoxluğu ilə bağlı hansısa bir sübut ortaya qoya bilmərik.

Elm hər zaman sübutlarla işləyir, sübutlardan yola çıxır. Hansısa anlayış yoxlanılmaq ehtimalı olmayan, sübut edilə bilməyən bir iddiadan ibarətdirsə, elm sayılmır. Modern psixologiyanın tətbiq etdiyi terapiya metodları şüuraltıya əsaslanmır. Modern psixoterapiyada terapiya şüuraltı əsaslı bir metod deyil. Şüuraltı ilə bağlı internetdə çoxsaylı fikirlər görə bilərsiniz, amma bu fikirlər modern psixologiya tərəfindən dəstəklənmir.

Birincisi, travma dediyimiz anlayış şüuraltında deyil, beynimizin amiqdala adlanan bölgəsində depolanır. İkincisi, şüuraltının var olduğuna dair sübut olmadığı üçün nələrsə şüuraltında toplanır deyə bilmərik. Depresiyanı, təşviş pozuntusunu, psixotik pozuntuları, maddəyə bağlı pozuntuları, obsessiv-kompulsiv pozuntunu travma ilə əlaqələndirmək olmaz. Travma ilə bağlı pozuntulara postravmatik stres pozuntusu, kompleks postravmatik stres pozuntusu, kəskin stres pozuntusu aiddir. Qısası, fikrimcə, xəstəlikləri travma və şüuraltı ilə əlaqələndirmək yanlışdır”.

Məhərrəm Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO