2024-cü ildə dünyanın ən nüfuzlu pasportları olan ölkələr – SİYAHI

2024-cü ildə dünyanın ən nüfuzlu pasportları olan ölkələr – SİYAHI

Hazırda oxunan: 2024-cü ildə dünyanın ən nüfuzlu pasportları olan ölkələr – SİYAHI

203393

2024-cü il üçün 100-dən çox ölkəyə vizasız səyahət imkanı yaradan, ən çox beynəlxalq nüfuza sahib pasportların siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, ən nüfuzlu pasport 195 ölkəyə vizasız səyahət imkanı yaradan Sinqapur pasportudur. İkinci sırada Sinqapurun qlobal miqyasına yaxınlaşan və vətəndaşlarına 192 istiqamətə vizasız səyahət etmək imkanı qazandıran Yaponiya, Almaniya, Fransa, İtaliya və İspaniyanın pasportlarıdır. Daha sonra sıralamada 191 istiqamətə fasiləsiz səyahət etmək imtiyazına malik Cənubi Koreya, İsveç, Finlandiya, Avstriya, İrlandiya, Lüksemburq və Niderland gəlir.

Qeyd edək ki, siyahını Britaniyanın “Henley & Partners” analiz şirkəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının eksklüziv məlumatlarından istifadə edərək, dünyanın 227 ölkə və ərazisində qlobal uçuşlarını izləyərək hazırlayıb.

Tam siyahını sizlərə təqdim edirik:

1. Sinqapur (195) 2. Fransa, Almaniya, İtaliya, Yaponiya, İspaniya (192) 3. Avstriya, Finlandiya, İrlandiya, Lüksemburq, Hollandiya, Cənubi Koreya, İsveç (191) 4. Belçika, Danimarka, Yeni Zelandiya, Norveç, İsveçrə, Böyük Britaniya (190) 5. Avstraliya, Portuqaliya (189) 6. Yunanıstan, Polşa (188) 7. Kanada, Çexiya, Macarıstan, Malta (187) 8. Amerika Birləşmiş Ştatları (186) 9. Estoniya, Litva, Birləşmiş Ərəb Əmirlikləri (185) 10. İslandiya, Latviya, Slovakiya, Sloveniya (184)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO