Bakının Səbail rayonu, Badamdar qəsəbəsində məktəbə gedən yol vətəndaşın həyətindən keçir.
Bizim.Media “Real Tv”yə istinadən xəbər verir ki, bu isə ev sahibi ilə məktəbin müəllimləri arasında mübahisəyə səbəb olub.
Maraqlısı odur ki, məktəb 2006-cı ildən fəaliyyət göstərir, lakin vətəndaşın evi 2011-ci ildə tikilib, mübahisə isə son iki ildə - 2022-ci ildən bəri başlayıb.
Şikayətçi Zəminə Zahirova bildirib ki, mübahisəsi gedən həmin ərazi qanunla ona məxsusdur. Sadəcə məktəbə gedən yeganə yol buradan keçdiyi üçün illərdir etiraz etməyib. İllərdir məktəbə gedib-gələn müəllim və şagirdlər məhz bu yoldan keçiblər. Lakin son illərdə düz qapısının açıldığı yolu avtomobillərin zəbt etməsi və məktəb rəhbərliyi tərəfindən dəmir hasarın mənzilə bitişik yerləşdirilməsi ev sahibini razı salmayıb.
Məktəbin ibtidai sinif müəllimi Bəhlul Mayılovun sözlərinə görə, həmin ərazinin vətəndaşa məxsus olduğu təsdiqini taparsa, bu istiqamətdə müvafiq addımlar atılacaq.
Məsələ ilə bağlı aidiyyəti qurumlar - Səbail Rayon İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyi əraziyə baxış keçiriblər və bu istiqamətdə müvafiq tədbirlər görülücək.
Ətraflı videomaterialda:
Bizim.Media