Salyanda bibisinin evindən oğurluq etməyə hazırlaşan şəxs və tanışı həbs edildi - FOTO

Salyanda bibisinin evindən oğurluq etməyə hazırlaşan şəxs və tanışı həbs edildi - FOTO

Hazırda oxunan: Salyanda bibisinin evindən oğurluq etməyə hazırlaşan şəxs və tanışı həbs edildi - FOTO

203340

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saat 3 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı, Atakişi Məmmədov saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onların idarə etdiyi “Chevrolet” markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb.

Araşdırmalar zamanı adı çəkilən şəxslərin tamah niyyəti ilə O.Ələkbərovun bibisinin həmin kənd ərazisində yerləşən evinə qanunsuz olaraq daxil olmağa hazırlaşdıqları müəyyən olunub.
Bundan əlavə polis əməkdaşlarının apardıqları əlavə araşdırmalar zamanı O.Ələkbərovun və A.Məmmədovun ötən ilin noyabr ayında Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində yerləşən evlərdən birinə qanunsuz daxil olaraq zərərçəkmişə məxsus 9650 manat dəyərində qızıl-zinət əşyalarını oğurladıqları da müəyyən edilib.

Fakla bağlı raşdırmalar davam edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO