Şəhid anası məzun oldu - FOTO 

Şəhid anası məzun oldu - FOTO 

Hazırda oxunan: Şəhid anası məzun oldu - FOTO 

203334

Vətən müharibəsi şəhidi Nurağa Tağıyevin anası Yeganə Tağıyeva eksternat qaydada imtahan verərək Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdən tam orta təhsil haqqında attestat alaraq məzun olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. 

Attestat şəhid anasına Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən evində təqdim olunub. 

Yeganə Tağıyeva qəbul imtahanlarına hazırlaşaraq orta ixtisas təhsili almaq fikrində olduğunu bildirib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO