DİQQƏT! Bakının 2 rayonunda qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının 2 rayonunda qaz KƏSİLƏCƏK

Hazırda oxunan: DİQQƏT! Bakının 2 rayonunda qaz KƏSİLƏCƏK

203333

Bu gün Bakının Suraxanı və Binəqədi rayonları, eyni zamanda Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, iyulun 24-ü saat 10:00-dan etibarən təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı “Bahar” QTM-dən dayandırılacaq.

İşlər başa çatanadək Suraxanı rayonu, Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Eyni zamanda təmir-bərpa işləri Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində və Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində də görüləcək. 

Bu baxımdan Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrinin və Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO