Bakının Xətai rayonu, Sarayevo küçəsi, 14 ünvanında yerləşən binanın həyətinə yığılan zibil sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a bina sakinləri məlumat veriblər.
Şikayətdə qeyd olunub ki, artıq yarım ildir ki, yaxınlıqda abadlıq işləri aparılır, park zolağı salınır.
"Bununla bağlı yaranan ən mühüm problem zibil toplantılarıdır. Tullantılar aylarla yığışdırılmır, böyüyərək az qala "zibil dağı"na çevrilir. Evimizin lap yaxınlığında uzun müddətdir böyük tullantı yığını var. Sakinlərin şikayətlərinə baxmayaraq, onu yığışdıran yoxdur və bu yığıntının həcmi günü-gündən artır. Bu gün ikinci dəfədir ki, yığıntı alışıb, böyük yanğın baş verib".
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Qurumun İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, ərazidə abadlaşdırma işləri aparıldığı üçün belə hal yaşanıb.
"Rayon İcra hakimiyyətinin göstərişi ilə Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən tullantıların daşınması tam təmin olunub",- deyə P.İmanov qeyd edib.
Ərazidən çəkilən son video və şəkilləri təqdim edirik:
Bizim.Media