Sakinlərin liftlə bağlı şikayətlərinə niyə baxılmır? - VİDEO

Sakinlərin liftlə bağlı şikayətlərinə niyə baxılmır? - VİDEO

Hazırda oxunan: Sakinlərin liftlə bağlı şikayətlərinə niyə baxılmır? - VİDEO

203311

Şəmkir rayonunun Kür qəsəbəsi, Şəhriyar küçəsi 5 ünvanında yerləşən 9 mərtəbəli binanın lift problemi 2021-ci ildən bu yana həllini tapmır.

Bizim.Media xəbər verir ki, məsələ bu ilin mart ayında Baku TV tərəfindən işıqlandırıldıqdan sonra lift yenidən istismara verilib.

Ancaq 10 gün əvvəl liftin fəaliyyəti yenidən dayandırılıb.

"Sizin çəkilişinizdən sonra lif üç ay işlədi. 10 gündür yenə dayandırıblar. Aidiyyəti qurumlara müraciət etsək də, problemlə maraqlanmırlar", - sakin Zəminə Musayeva narazılıq bildirib.

Binanın digər sakini Qasım Məmmədov isə deyib ki, baxış keçirilən zaman liftdə 9 nöqsan aşkar olunub:

"Bu nöqsanlar aradan qaldırıldıqdan sonra lift fəaliyyətə başlaya bilər. Nöqsanların aradan qaldırılması üçün 5000 manata ehtiyac var. Mənzil İstismar İdarəsi də hazırda buna imkanının çatmadığını deyir".

Ətraflı süjetdə:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO