Cənnət görmək istəyən Qubadlıya gəlsin - FOTOLAR

Cənnət görmək istəyən Qubadlıya gəlsin - FOTOLAR

Hazırda oxunan: Cənnət görmək istəyən Qubadlıya gəlsin - FOTOLAR

2033

Dövlət Turizm Agentliyi düşmən işğalından azad olunan Qubadlı rayonunun gəzməli-görməli yerləri, turizmi haqqında məlumat paylaşıb.

Bizim.Media xəbər verir ki, DTA-nın məlumatında 30 il ərzində erməni vandalizmi nəticəsində işğal altında olan rayonlarımızın bir çox turistik məkanlarının viran edildiyi qeyd edilib. Bildirilib , qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək.

Qubadlkiı rayonun gəzməli-görməli yerləri:

Laləzar körpüsü


1867-ci ildə inşa edilən körpü Bərgüşad çayının üzərində altı oval, üstü düz formada inşa olunub. Tikilinin inşasında Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilib.

Hacı Bədəl körpüsü


XIX əsrə aid körpü Dəmirçilər kəndində yerləşir. Yaz aylarında Ağa çayının güclü axının körpünü dağıtmaması üçün tikili tağbənd formasında inşa edilib. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısından istifadə olunub.

Məmər kənd məscidi


Məmər kəndindəki XVIII əsrə aid edilən tarixi memarlıq abidəsi sovet dövründə anbara çevrilsə də Azərbaycanın müstəqilliyinin ilk illərində bərpa edilərək əhalinin ibadəti üçün istifadəyə verilib.

Gürcülü türbəsi


XVIII əsrin memarlıq abidəsi olan Gürcülü türbəsi Qubadlı rayonunun memarlıq incilərindən sayılır. Bir sıra xüsusiyyətlərinə görə Azərbaycanın səkkizgüşəli türbələri arasında unikal formaya malikdir.

Müalicəvi bulaqlar

Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşədi Allahverdi bulağı kimi bulaqlar insanların ziyarət etdiyi yerlərdən olub. Məsələn, Sarıbulaqın tarixi XIX əsrdən əvvələ gedib çıxır. Bu bulağın suyundan sarılıq xəstəliyi tutan adamlar müəyyən vaxt içdikdən sonra sağaldıqlarına dair inanclar olub.

Alban məbədləri

Qubadlı rayonu ərazisində VI və VII əsrə aid kifayət qədər Alban məbədləri var.

Qoç heykəllər

Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllərinə və qoç qəbir daşlarına rayonun bir çox yerərində rast gəlmək olur.

Biz doğma torpaqlarımıza qayıdırıq. Bizimlə birlikdə bu torpaqlara doğma nəfəs, istilik gələcək. Qubadlı bizimdir, Qarabağ Azərbaycandır !


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO