MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu tarixdə BAŞLAYACAQ 

MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu tarixdə BAŞLAYACAQ 

Hazırda oxunan: MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu tarixdə BAŞLAYACAQ 

203285

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır. 

Bu barədə Bizim.Media-ya Təhsil İnsitutundan məlumat verilib. 

Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. 

Namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər. 

"Nəzərinizə çatdırırıq ki, test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq", - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO