Azərbaycan Metrologiya İnstitutuna yeni baş direktor təyin edildi

Azərbaycan Metrologiya İnstitutuna yeni baş direktor təyin edildi

Hazırda oxunan: Azərbaycan Metrologiya İnstitutuna yeni baş direktor təyin edildi

203283

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin edilib.

Bizim.Media "report.az"-a istinadən xəbər verir ki, bu vəzifə indiyə qədər direktoru müvəqqəti əvəz edən Xamis Seyranova həvalə olunub.

O, I "Yüksəliş" müsabiqəsinin qalibidir.

Qeyd edək ki, X.Seyranov 1984-cü ildə anadan olub, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura, İsveçin Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO