Fazil Mustafadan selektiv abort etdirənlərə SƏRT REAKSİYA – “Vəhşilikdir”

Fazil Mustafadan selektiv abort etdirənlərə SƏRT REAKSİYA – “Vəhşilikdir”

Hazırda oxunan: Fazil Mustafadan selektiv abort etdirənlərə SƏRT REAKSİYA – “Vəhşilikdir”

203263

Azərbaycanda yeni doğulan uşaqlar arasında hər 100 qıza 115 oğlan düşür. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. 

Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması da aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə, o zaman qızlara dəyər verməliyik.

Çox təəssüf ki, dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında Azərbaycan birinci yerdədir.

Bu isə acınacaqlı olduğu qədər utancvericidir. 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Fazil Mustafa bildirib ki, selektiv abort bütövlükdə cəmiyyətdə mədəni səviyyəni müəyyən edən əsas faktorlardan biridir:

“Nə yazıq ki, Azərbaycan selektiv abortların ümumi mənzərəsinə görə dünyada liderdir. Etiraf edək ki, Azərbaycandakı bəzi adamlarda qız övladına vəhşi bir yanaşma var. Bu baxışa sahib insanları aşkar edib üzə çıxartmaq lazımdır. Qoy bu insanlar utansınlar. 

Hansısa bir doğulmamış qızın məhv edilməsi bir ananın qətl edilməsi deməkdir. Bir zamanlar “çar öldürənlər”, “ata öldürənlər” ifadəsi vardı. Bizdəkilərsə ana öldürənlərdir. Ona görə də belələrinin cəmiyyətə tanıdılması çox vacibdir. Bu vəhşiliyin heç bir izahı, bəraəti yoxdur”. 

Müsahibimiz bu hesabata görə Azərbaycanın dünya sıralamasında birinci yerdə olmasını utancverici fakt sayır:

“Ona görə də biz bu məsələyə cəmiyyətin həssaslığını artırmalıyıq. Selektiv abort anlayışının gündəmdən çıxması üçün bütün vasitələrə əl atılmalıdır. Bunun üçün həm inzibati, həm də stimullaşdırıcı metodalardan istifadə olunmalıdır. Axı, necə ola bilər ki, ana-ata cinsinə görə öz övladının ölümünə fətva verir?! Bunun tək adı var, o da vəhşilikdir. Ona görə də bu vəhşiliyə qarşı cəmiyyət olaraq hər birimiz mübarizə aparmalıyıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO