Naxçıvanın Vergi Xidmətinə yeni rəis TƏYİN EDİLDİ 

Naxçıvanın Vergi Xidmətinə yeni rəis TƏYİN EDİLDİ 

Hazırda oxunan: Naxçıvanın Vergi Xidmətinə yeni rəis TƏYİN EDİLDİ 

203234

Cavid Kəngərli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Bizim.Media xəbər verir ki, Muxtar Respublika Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 23 iyul 2024-cü il tarixli Sərəncama əsasən Cavid Muxtar oğlu Kəngərli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Cavid Kəngərli bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb. Müvafiq vəzifəyə təyinatadək isə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi olub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO