Bu ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Hazırda oxunan: Bu ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

20323

May ayının 7-dən etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park”ın tikintisi layihəsinin II mərhələsinin tikintisi və Park ətrafı küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə bağlanır.

Bu barədə Bizim.Media Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO