28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:44 / 05.11.2020
Bərdə terrorunda yarlanan daha bir nəfər vəfat etdi
Hazırda oxunan: Bərdə terrorunda yarlanan daha bir nəfər vəfat etdi
Hazırda oxunan: Bərdə terrorunda yarlanan daha bir nəfər vəfat etdi
2032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.