DİN Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  

DİN Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  

Hazırda oxunan: DİN Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  

203188

Göyçayda polis əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, tədbirlərlə Aydın Zeynalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 24 ədəd çətənə bitkisi və marixuana aşkar olunub.

Keçirilən digər tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 53 yaşlı Mirkazım Hüseynov saxlanılıb. Ona məxsus həyətyanı sahədən çətənə kolları aşkarlanıb. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir neçə ay əvvəl əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər. Faktla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO