Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə report-a mərhumun ailəsindən məlumat verilib.
O, uzun sürən xəstəlikdən sonra biraz əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri olub. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İki il öncə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:30 / 22.07.2024
Səfa Mirzəyev VƏFAT ETDİ
Hazırda oxunan: Səfa Mirzəyev VƏFAT ETDİ
Hazırda oxunan: Səfa Mirzəyev VƏFAT ETDİ
203153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.