Daşkəsəndə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Daşkəsəndə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Hazırda oxunan: Daşkəsəndə ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

203146

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən "Chevrolet" markalı avtomobilin sürücüsünə "saxla" işarəsi verilsə də, sürücü polisin qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən yayınan zaman piyada, 1962-ci il təvəllüdlü rayon sakini Raqif Hüseynovu vuraraq oradan uzaqlaşıb.

Bizim.Media xəbər verir ki, polisin keçirdiyi tədbirlər nəticəsində sürücü Hüseyn Abbasov və avtomobildə olan sərnişin əvvəllər məhkum olunmuş Kənan Məmmədov saxlanılıblar.

K.Məmmədovdan psixotrop maddə metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq K.Məmmədovdan Daşkəsən rayonu ərazisində gizlətdiyi 125 qram narkotik vasitə heroin də aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO