Xırdalanda 14 mərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi - VİDEO

Xırdalanda 14 mərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi - VİDEO

Hazırda oxunan: Xırdalanda 14 mərtəbəli binada yanğın oldu, sakinlər təxliyə edildi - VİDEO

203144

FHN-in "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqillərinin yandığı müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədəm qısa müddətdə söndürülüb.

Bina sakinləri təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO