Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Vakansiya seçimi mərhələsinə başlanılır

Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Vakansiya seçimi mərhələsinə başlanılır

Hazırda oxunan: Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Vakansiya seçimi mərhələsinə başlanılır

203134

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

Namizədlər iyulun 26-sı saat 11:00-dan iyulun 28-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.
Test imtahanında keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Xatırladaq ki, vakant yeri tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO