Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Bizim.Media-ya bildirilib ki, Günəşin səthində ləkələrin sayı qismən azalaraq 13 ləkə qrupunda 200 ləkə müşahidə olunur. Həftə ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 423 kilometr/saniyə olub. Hazırda Günəş küləyinin sürəti normaldır (294 kilometr/saniyə).
Geomaqnit sahəsi sakit səviyyədə olub.
İyulun 22-dən 28-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Geomaqnit sahəsinin iyulun 21-də baş vermiş plazma atılması iyulun 24-də Yerə çatarsa G1 (zəif) səviyyəli geomaqnit qasırğası ola bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:40 / 22.07.2024
Rəsədxana kosmik hava proqnozunu AÇIQLADI - FOTO
Hazırda oxunan: Rəsədxana kosmik hava proqnozunu AÇIQLADI - FOTO
Hazırda oxunan: Rəsədxana kosmik hava proqnozunu AÇIQLADI - FOTO
203133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.