“Şəhid ailələrinə və qazilərə dil uzadan VƏKİL” - Razi Nurullayev cəza istədi - FOTO

“Şəhid ailələrinə və qazilərə dil uzadan VƏKİL” - Razi Nurullayev cəza istədi - FOTO

Hazırda oxunan: “Şəhid ailələrinə və qazilərə dil uzadan VƏKİL” - Razi Nurullayev cəza istədi - FOTO

20312

Millət vəkili Razi Nurullayev İmişli rayonu, Aranlı kənd sakini vəkil İlham Əhmədovu dələduzluqda ittiham edib.

Bizim.Media xəbər verir ki, deputat adıçəkilən şəxslə bağlı feysbuk səhifəsində paylaşım edib.

“İmişlinin üz qarası. Dələduzluq və fırıldaqçılıq üstündə həbsdə yatıb. Vəkillər kollegiyasından qovulub. Bir neçə nəfərin ərizəsi var ki, onlardan fırıldaq yolu ilə pul alıb ki, işlərini məhkəmədə düzəldəcək. Şəhid ailələrinə və qazilərə belə dil uzadıb”. 

Millət vəkilinin sözlərinə görə, İ. Əhmədov çox adamı təhqir edib və söyüb.

“Biz onun cəzalandırılmasına nail olmalıyıq və olacağıq. Güzəşt yox!”

R.Nurullayev həmin şəxsin qeyri-qanuni əməllərindən əziyyət çəkənlərdən onunla əlaqə saxlamasını xahiş edib:

Bildirib ki, bu gündən sosial şəbəkələrdə söyüş söyənlərə, təhqir edənlərə, ona şərait yaradanlara və onların sahiblərinə, dələduzlara və fırıldaqçılara mübarizə aparacaq:

“Hüquqi, siyasi, qanuni yollardan tam istifadə edəcəm və cəzalandırılmalarına nail olacam. Hər kəsi qoşulmağa dəvət edirəm. Əgər vaxtında dayandırmasaq, hər kəsin qapısı döyüləcək.
Xaricdə olanlara əl çatmırsa, daxildə ailə tərbiyəsini göstərənləri cəzalandıra bilərik.

Xaricdəolanlara da hüququn əli ilə çatacağıq və yaxın günlərdə səfirliklərlə görüşə başlayıram və həmin ölkələrə də səfər edəcəm. Hər kəsin ailəsi, uşağı, qızı, gəlini var. Rüşvətxorlara, vətəndaşlara arxa çevirən məmurlara qarşı mövqeyimiz necəsə, söyüş söyən və təhqir edənlərə də eyni olacaq”

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO