İnternet inkişaf etdikcə,dünya inkişaf etdikcə kiber cinayətkarlar da inkişaf edir. Son günlər Azərbaycanda kiberdələduzluq və bank kartlarından oğurluq hallarında artım hiss olunur. Belə ki, vətəndaşlar müxtəlif bilinməyən nömrə və ya səhifələrdən göndərilən linklərə daxil olduqda bank kartlarından pul çıxılması barədə şikayət edirlər.
Kiberdələduzların qurbanı olmamaq üçün hansı məqamlara diqqət yetirməliyik?
MÖVZU İLƏ BAĞLI:
Kiberdələduzluqla bağlı növbəti XƏBƏRDARLIQ
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.
“Son vaxtlar Azərbaycanda kiberdələduzluq halları çoxalıb. Bu tip dələduzluqla məşğul olanlar daha çox dövlət qurumları adından oxşar və ya eyniləşdirilmiş səhifələr yaradaraq insanları aldatmağa çalışır. Vətəndaşlar öz hesablarını qorumaq üçün onlara göndərilən linklərdəki xanaları doldurmamalıdırlar.
Bu kimi hallarla üzləşən vətəndaşlar isə aidiyyatı qurumlara müraciət etməlidirlər. Dəymiş ziyanla bağlı cinayət işinin tərkibində həmin dəymiş ziyanın tələb edilməsi qaydasında, yəni mülki iddiaçı qismində tanınaraq həmin məbləğ tələb edilə bilər. Həmçinin cinayət işi yekunlaşandan sonra hökm əsasında da mülki iddia qaldırıla bilər"
Çiçək Sadatova, Bizim.Media