“Kim istəyər ki, uşağı namizədliyini verib biabır olsun?” - Salyanın keçmiş deputatı Fəzail Ağamalının qızından DANIŞDI

“Kim istəyər ki, uşağı namizədliyini verib biabır olsun?” - Salyanın keçmiş deputatı Fəzail Ağamalının qızından DANIŞDI

Hazırda oxunan: “Kim istəyər ki, uşağı namizədliyini verib biabır olsun?” - Salyanın keçmiş deputatı Fəzail Ağamalının qızından DANIŞDI

203077

Xəbər verdiyimiz kimi, sentyabrın 1-i Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar siyasi partiyalar, müstəqil namizədlər artıq müraciətlərini etməkdədir. Lakin deputatlar arasında öz yerinə qızının, oğlunun və həyat yoldaşının namizədliyini irəli sürənlər də var. Buna misal olaraq, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyini irəli sürməsi rayon ziyalılarının ciddi narazılığına səbəb olub. Ziyalılar bunun təyinatla olan sistem olmadığını və Günay Ağamalının namizdədliyini doğru hesab etmədiklərini qeyd ediblər.  

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Salyanın sabiq deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov demokrat.az-a açıqlamasında bildirib ki, deputatı xalq seçir: 
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalının yerinə namizəd olan qızının açıqlaması Salyanda narazılıq yaratdı — ETİRAZ


“Biz özümüz-özümüzü seçmirik. Fəzail Ağamalı və ya Əliağa Hüseynov öz balasını deputat etmək istə belə, yenə sonda xalq bilər kimi seçəcək.

Deputatı özü və ya atası seçmir, deputatı xalq seçir. Əgər namizəd olduğu rayonun onun atasına rəğbəti, hörməti, izzəti varsa, bu səfər övladı namizədliyini irəli sürüb seçiləcək. Xalqa müraciət olunur və xalq seçir. Nə mən öz oğlumu seçdirirəm, nə də başqası öz qızını. Yəqin ki, xalqdan kimsə müraciət edib ki, sən gedirsən, bəlkə qızın və ya oğlun namizədliyini irəli sürsün. Bu, depatatların işgüzarlığı və xalqa, dövlətə xidmətindən irəli gələn bir məsələdir.  

Mən salyanlıyam və 5 il Salyanın deputatı olmuşam. Kim nə deyir bilmirəm. Fəzail Ağamalı gələndə həmişə mənim evimdə qalıb. O həmişə xalqın işində iştirak edib, yardımçı olub.

İstəməyən insanlar ağzına gələni danışırlar. Amma bunu etmək düzgün deyil. Deputatlığa qədər də, deputatlıqdan sonra da o, şəxsən mənim evimə gəlib-gedib.

Yəqin ki, rayonda insanlardan təşəbbüs olub, o da razılaşıb. Kim istəyər ki, uşağı getsin boş-boşuna namizədliyini verib biabır olsun. Demək ki, xalq istəyir ki, namizədliyini irəli sürüb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO