Məlum olduğu kimi, 1 iyul 2024-cü ildən Azərbaycanda taksilərlə bağlı yeni qaydalar qüvvəyə minib. Yeni qaydalar taksi xidmətində müəyyən ajiotajlara səbəb oldu. Xidmətin keyfiyyətin qabaq qiymətlər qalxdı. Bundan əlavə paytaxtda takis qıtlığı yaşanmaqda davam edir.
Əvvəllər 2-3 dəqiqəyə icra olunan sifarişlər indi 5-10 dəqiqə intervalda həll edilir. Pik saatlarda isə bir çox hallarda sifarişlərdən imtina edilir.
Məsələnin narahatlıq doğuran digər məqamı isə taksi xidmətindən kənarlaşan minlərlə insanın məşğulluq məsələsidir. Məlumdur ki, əvvəllər təkcə Bakı şəhərində 60 minə yaxın insan taksi sürücüsü kişimi çalışırdı. Amma Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ən son açıqlamasında bildirilmişdi ki, 11 min 600 sürücü taksi fəaliyyəti üçün icazə kağızı alıb.
Lakin Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən həftə açıqladı ki, Bakıda 35 min taksi fəaliyyət göstərir. Eyni qurumun iki müxtəlif rəqəm söyləməsi xeyli sual doğurur. Amma məsələ taksi fəaliyyəti göstərə bilməyən sürücülərin məşğulluq məsələsidir.
Bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təkliflə çıxış edib.
Beləki, nazir müavini Rəhman Hümmətov deyib ki, məşğul olmayan sürücülər avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var:
“Təkcə "BakuBus" şirkətinin hazırda 1 000 artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər”.
Bəs, işsiz qalan taksi sürücülərinin avtobus sürücüsü kimi fəaliyyət göstərməsi nə qədər realdır?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, taksi sürücüləri “B” kateqoriyası ilə çalışırlar:
“Avtobus sürücüsü üçünsə “D” kateqoriyası tələb olunur. İstənilən şəxs “D” kateqoriyası almaq və müvafiq təlimlərə qoşulmaq üçün ortalama 1300-1500 manatından keçməlidir. Bu imkan heç də bütün işsiz qalmış sürücülərdə yoxdur. Bu məsələnin bir tərəfidir.
Məsələnin digər tərəfi isə odur ki, taksi sürücülüyünə olan maraq avtobusa yoxdur. Çünki əvvəllər avtomobili olan şəxs günün müəyyən saatlarında taksi xidməti göstərərək müəyyən qazanc əldə edirdi. Onu da qeyd edim ki, ölkəmizdə taksi sürücüləri əsasən müvəqqəti işsiz olan və yaxud az əmək haqqı alan şəxslərdir. Taksi fəaliyyətinə əsasən ikinci iş yeri kimi baxılıb. Bu adamlar heç zaman gedib hansısa şirkətdə avtobus sürücüsü kimi çalışmayacaq”.
Müsahibimiz avtobus sürücüsü çatışmazlığına da toxunub:
“Kartla işləyən avtobus marşrutlarında sürücü qıtlığı var. Bu da əmək haqları ilə bağlıdır. Məlumdur ki, nağd ödəniş olan marşrutlarda sürücülər əsasən gündəlik qazanca görə daha çox işləyirlər. Belə sürücülər gündə 30-40 manat qazanırlar. Lakin kartla işləyən marşurutların sürücüləri konkret maaş alırlar. Bu maaşsa sürücüləri tam qane etmir. Üstəlik, böyük şirkətlərdə iş rejimi uzun və xeyli ciddidir. Ona görə də “BakuBus” kimi şirkətlər sürücü çatışmazlığı yaşayır.
Bir məsələni də qeyd edək ki, son illər ölkəmizdəki “D” kateqoriyalı sürücülərin Şərqi Avropa ölkələrinə axını başlayıb. Ona görə də avtobus sürücüsü qıtlığını aradan qaldırmaq üçün stimullaşdırıcı tədbirləri artırmaq lazımdır. Əks təqdirdə, bunu inzibati yolla həll etmək mümkün olmayacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 22.07.2024
“Prius” sürücülərini avtobus sükanı arxasında GÖRƏCƏYİK?
Hazırda oxunan: “Prius” sürücülərini avtobus sükanı arxasında GÖRƏCƏYİK?
Hazırda oxunan: “Prius” sürücülərini avtobus sükanı arxasında GÖRƏCƏYİK?
203066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.