167 namizədin iştirakı ilə elektron qaydada hakimliyə namizədlərin seçimi prosesi həm yerli, həm beynəlxalq müşahidəçilər iştirakı ilə tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında aparılır.
Bizim.Media xəbər verir ki, bu sözləri Hakimlər Seçki Komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov jurnalistlərə açıqlamasında qeyd edib.
O deyib ki, müvafiq qaydalara uyğun olaraq, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi tərəfindən qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanır. Daha sonra həmin suallar təsadüfi qaydada müşahidəçi və hakim namizədlər tərəfindən seçilir.
“İmtahanda namizədlərdən tələb olunur ki, bütövlükdə kazusları hərtərəfli formada təhlil etsinlər. Həmçinin onlar hüquqi tövsifləri doğru müəyyənləşdirsinlər, öz hüquqi düşüncələrini, yanaşmalarını düzgün formada təqdim etsinlər. Həmin kazuslar ilk olaraq Hakimlərin Seçki Komitəsinin üzvləri, daha sonra isə mütəxəssislər tərəfindən yoxlanılacaq. Hazırda ölkədə 614 hakim fəaliyyət göstərir və 186 vakant hakim ştatı var. Hakimlərin Seçki Komitəsi tərəfindən savadına, səriştəsinə və peşəkarlığına güvənən hüquqşünaslar dekabrın 15-də keçiriləcək növbəti test imtahanında fəal iştiraka dəvət edilir", - deyə K.Mansurov qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:55 / 21.07.2024
Azərbaycanda 186 vakant hakim ştatı var
Hazırda oxunan: Azərbaycanda 186 vakant hakim ştatı var
Hazırda oxunan: Azərbaycanda 186 vakant hakim ştatı var
203006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.