Minik avtomobili motosikletçini vurub: 1 nəfər həyatını itirdi - YENİLƏNİB/FOTO

Minik avtomobili motosikletçini vurub: 1 nəfər həyatını itirdi - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Minik avtomobili motosikletçini vurub: 1 nəfər həyatını itirdi - YENİLƏNİB/FOTO

202991

Xaçmazın Gəndab-Yalama yolunun Susayqışlaq kəndi ərazisində baş verən qəzada həyatını itirən motosikletçinin kimliyi bəlli olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, Xudat şəhər sakini, 33 yaşlı Rəhman Ramazan oğlu Əliyevdir. 

Onun 58 yaşlı Akif Məmmədşərif oğlu Ələsgərovun idarə etdiyi "Mersedes" markalı avtomaşınla vurulduğu deyilir. 

Faktı Xaçmaz polis şöbəsi araşdırırır. 
 
*** 19:05

Xaçmazın Gəndab-Yalama yolunun Susayqışlaq kəndindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb. 

Bizim.Media-nın məlumatına görə, qəza nəticəsində motosiklet sürücüsü hadisə yerində dünyasını dəyişib. 

Əlavə məlumat verilmir. 




Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO