Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dəyirmi masa keçirilib - FOTO

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dəyirmi masa keçirilib - FOTO

Hazırda oxunan: Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dəyirmi masa keçirilib - FOTO

202905

İyulun 20-də Milli Müdafiə Universitetinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi və zabit heyətinin iştirakı ilə dəyirmi masa keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Hərbi Liseydə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri və hərbi təhsil sisteminin inkişaf perspektivləri barədə danışıb, dünyanın qabaqcıl ölkələrinin bu sahədə təcrübəsindən yararlanmağın vacibliyini qeyd edib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev kursantların fərdi bacarıq və intellektual səviyyəsinin artırılması, eləcə də analitik təfəkkür və yaradıcılıq qabiliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlərə dair ətraflı məlumat verib.
Tədbirin sonunda 2023-2024-cü tədris ilində liseydə həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin növbəti tədris ili üçün planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO